"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyundan sonra futbolinfo.az saytının əməkdaşının suallarını cavablandırıb:
 
– Ötən turda Rauf Əliyev "Qarabağ"la oyunun axırıncı dəqiqələrində meydana daxil olmuşdu. Onun bu oyunda iştirak etməməsi zədəsinin tam sağalmaması, yoxsa komandada olan maliyyə problemləri ilə bağlı idi?
– Rauf komandanın aparıcı futbolçularından biridi. Onunla münasibətimiz də yaxşıdı. Sadəcə, həftə boyu ağrılardan şikayət edirdi. Bu, həm də Cavid Hüseynova aiddi. Mən də risk edib onları "Qəbələ" ilə oyuna gətirmək istəmədim.
 
– Raufla Cavidddən fərqli olaraq, Əfran İsmayılov bu gün komandanın yanında idi. Düşünmürsüz ki, kapitan ən azından Qəbələyə gəlib, komandasına mənəvi cəhətdən dəstək olmalıydı?
– Uzun yol onu daha da yoracaqdı. Onun bura gəlməsi nəyə lazım idi ki? Yaxşısı budu ki, evdə qalıb dincəlsin. Sabah da məşqə çıxacaq. Mən oyunçunun ilk növbədə can sağlığına fikir verməliyəm. Təkcə Rauf deyil, Cavid də, Ruben Qonzales də növbəti oyunlara hazırlaşmalıdı. Sadəcə, risk etmək istəmədim.
 
– Düşünmürsüz ki, futbolçuların son 3 ayda maaş almaması, bu oyuna da öz mənfi təsirini göstərdi?
– Xahiş edirəm, mənə futbol haqqında sual verin. Futboldan kənar suallarınızı Yaşar Seyidova versəz, daha yaxşı olar. O, sizin suallarınızı cavanlandıracaq.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp