"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "aslanlar"ın türkiyəli çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Çətin oyun oldu, ilk hissədə 5 real qol imkanından yararlana bilmədik. “Simurq”un heyətində yaxşı futbolçular var. Sona qədər mübarizə apardılar. İkinci hissədə külək də sürətini artırdı, oynamaq daha da çətinləşdi. Amma qələbəni əldən vermədik. Premyer Liqadan düşüb-düşməyəcəyimizi hələ bilmirik. Sona qədər mübarizə aparacağıq. “Sumqayıt” da, “Rəvan” da çempionata lazımlı komandadı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp