"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Xəzər Lənkəran” bizi hərtərəfli üstələdi və layiqli qələbə qazandı. Müdafiədə Vurğun Hüseynov, qapıda isə Andrey Popoviç olmasaydı, hesab daha da böyük ola bilərdi. Çox zəif oynadıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp