Topaz Premyer Liqasının qapanış matçında lider "Qarabağ" əsas izləyicisi "İnter"lə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komandanın müdafiəçisi Brüs Abdulayenin zəif çıxışı xüsusi diqqət çəkib.
 
Belə ki, onun rəqib oyunçularla təkbətək mübarizələrin demək olar ki, hamısında uduzması baş məşqçi Kaxaber Sxadadzeni də təbdən çıxarıb. O, hətta meydanın kənarından futbolçusuna səslənərək ona barmaq da silkələyib. Abdulayenin tapşırıqlarını yerinə yetirmədiyini görüncə isə, onu hücumçu Aleksandr İaşvili ilə əvəzləyib.
 
Maraq üçün qeyd edək ki, Abdulaye əvəzlənərkən İaşvili ilə görüşmədi. Bu, azmış kimi, legioner futbolçu ehtiyat oyunçuların əyləşdiyi skamyaya da yaxınlaşmayıb, birbaşa paltardəyişmə otağına yollandı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp