Azərbaycan çempionatlarında ardıcıl 4-cü dəfə qızıl medalların sahibi erkən bəlli olur. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” “Neftçi”nin vaxtından əvvəl çempionluğu bayram etmək ənənəsini davam etdirib.
 
Topaz Premyer Liqasının sonuna 2 tur qalmış “İnter”i 4:1 hesabı ilə məğlub edərək çempionluğu yeri təmin edən Qurban Qurbanovun yetirmələrinədək bakılılar da son turları formallığa çevirmişdi. “Neftçi” 2010/11 mövsümündə 3, 2011/12 mövsümündə 2, 2012/13 mövsümündə isə 1 tur qalmış hamıdan güclü olduğunu sübut etmişdi.
 
Bununla da erkən çempionluğa ardıcıl 4-cü dəfə təsadüf olundu. Son turda çempion olmasına axırıncı dəfə 2009/10 mövsümündə təsadüf olunmuşdu. Həmin vaxt dramatik sonluqla nəticələnən çempionatın qızıl medallarını “İnter” əldə etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp