Futbol üzrə Türkiyə Kubokunun final oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada "Qalatasaray"la "Əskişəhərspor" qarşılaşıb.
 
Oyunun taleyini bir qol həll edib. Sneyderin vurduğu top "Qalatasaray"a növbəti titulu qazandırıb.
 
Qeyd edək ki, bu, "sarı-qırmızılar"ın tarixində 15-ci kubokdu. "Qalatasaray" bu göstəricisinə görə hələ ki, əsas rəqibləri üçün əlçatmazdı. Bu komanda daha beş finalda məğlubiyyətlə üzləşib. "Əskişəhərspor" isə ikinci dəfə yüksəldiyi finalların yalnız birində kuboku başı üzərinə qaldıra bilib.
 
Türkiyə Kuboku
Final
7 may
 
Əskişəhərspor – Qalatasaray – 0:1
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp