Topaz Premyer Liqasında 34-cü tur da geridə qaldı. Futbolinfo.az xəbər verir ki, hesabat turu yeni Azərbaycan çempionunun müəyyənləşməsi, eləcə də Avropa Liqasına daha bir vəsiqənin sahibini tapması ilə nəticələndi.
 
Tura Qəbələdə keçirilən oyunla start verildi. Burada "Qəbələ" və "Bakı" üz-üzə gəldi. Bu oyunda meydan sahibləri 3:1 hesablı qələbəyə sevindilər. Nəticədə Yuri Syominin komandası Avropa Liqasına vəsiqəni təmin etdi. Növbəti turların nəticəsindən asılı olaraq "qırmızı-qaralar" mövsümə 3 və ya 4-cü pillədə yekun vuracaq. Paytaxtın eyniadlı təmsilçisi isə uğursuz seriyanı davam etdirir. Klub rəsmilərinin də dediyi kimi, "Bakı" bu il yox, növbəti növsümdən iddialılar sırasında olmağa çalışacaq.
 
Avroliqaya vəsiqə uğrunda mübarizə aparan digər komanda – "Neftçi" də Şüvəlanda AZAL-ın qonağı oldu. Bu görüşü maraqlı edən amil həm "Neftçi"nin 3 xal qazanacağı təqdirdə 3-cü pillədə qalması, həm də vaxtilə birgə işləmiş Tərlan Əhmədov və Böyükağa Hacıyevin bu dəfə üz-üzə gəlməsiydi. Əhmədov oyundan əvvəl komandasının heç bir iddiasının olmadığını bildirsə də, keçmiş "müəllim"inə uduzmamaq üçün çalışırdı. Bu görüşdə "təyyarəçilər"in bəxtinin gətirmədiyini deyə bilərik. Çünki zədə səbəbindən mövsümü qapayan 1992-ci il təvəllüdlü Cavid Tağıyevdən əlavə, qırmızı vərəqə ilə cəzalandırılan 1993-ci ildə anadan olan Kərim Diniyev və Murad Ağayev də növbəti görüşü buraxmalı olacaq. Bunun da nəticəsində Əhmədov yaş limitinə riayət etmək üçün əvəzedici heyətə baş çəkməli olacaq. "Neftçi" isə xal itkisi nəticəsində üçüncü pillədəki mövqeyini əldən verdi və istisna deyil ki, qalan iki turda mükafatçılar sırasına qayıtmasın.
 
Turun digər görüşündə "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"la qarşılaşdı. İlk qola qonaqlar sevinsə də, cənub klubu sonradan 4 qol vuraraq meydanı möhtəşəm qələbə ilə tərk etdilər. Düzdü, bu qələbə "ağ-yaşıllar" üçün heç bir əhəmiyyət kəsb etməsə də, Aqil Məmmədovun yetirmələrinə baha başa gəldi. Çünki "Gənclik şəhəri" təmsilçisi səfər məğlubiyyətindən sonra yenidən sonuncu pillədə düşdü.
 
Buna isə "Bayıl Arena"da baş tutan görüşün nəticəsi səbəb oldu. Bu oyunda da yalnız bir tərəfin iddiası vardı. Çünki "Rəvan" 3 xal qazanacağı təqdirdə son pillədən xilas olacaqdı. Onsuz da çempionatda heç bir iddiası olmayan "Simurq" bu görüşdən məğlub ayrıldı və Güvənç Kurtarın yetirmələri daha əzmkar mübarizə apararaq 1:0 hesablı qələbə qazandılar. Beləliklə, Bayıl təmsilçisi son pillədən xilas oldu.
 
"Qarabağ" mərkəzi arenada "İnter"i qəbul etdi. Bu qarşılaşma hər iki komanda üçün əhəmiyyət daşıyırdı. Belə ki, Ağdam klubu qələbə qazanacağı təqdirdə çempionluğu təmin edəcəkdi. "Bankirlər" isə 3 xal qazanacağı halda liderlə fərqi azaldacaqdı. 90 dəqiqənin sonunda sevinən tərəf Qurban Qurbanovun yetirmələri oldu. Özü də möhtəşəm qələbə sayəsində – 4:1. Bununla da "köhlən atlar" çempionluğu təmin etdilər. Artıq qarşıdakı 2 turun nəticəsindən asılı olmayaraq, "Qarabağ" çempiondu. Beləliklə, Ağdam təmsilçisi 21 ildən sonra qızıl medallara sahib çıxmaqla yanaşı, həm də Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazandı. İlk dəfə 1993-cü ildə bunu bacaran "Qarabağ" 2-ci dəfə ölkənin ən güclüsü adını qazandı. "İnter" isə artıq mövsümü 2-ci pillədə qapayaraq Avropa Liqasına yollanacaq.
 
Onu da qeyd edək ki, növbəti iki tur turnir baxımından əhəmiyyətli olmasa da, "Qəbələ" və "Neftçi" üçün mükafatçılar sırasına düşmək uğrunda mübarizə ilə yadda qalacaq. Belə demək mümkünsə, xal itirən komanda ilk 3-lükdən kənarda qalacaq.
 
Topaz Premyer Liqası
34-cü tur
 
QƏBƏLƏ – BAKI – 3:1
Qollar: Marat İzmaylov, 15, Müşfiq Teymurov, 27, Daniel Subotiç, 57 – Namiq Ələsgərov, 66.
Sarı vərəqələr: Müşfiq Teymurov, 27 (qeyri-idman hərəkəti) – Mario Alvares, 39 (qeyri-idman hərəkəti); Yure Travner, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Rza Məmmədov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
7 may 2014. Saat 17:00. Qəbələ şəhər stadionu. tamaşaçı.
 
Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov (22. Lourival Assis, 65), 9. Viktor Mendi, 10. Dodo, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 82), 36. Elnur Allahverdiyev, 44. Rafael Santos, 46. Davronjon Erqaşev, 88. Müşfiq Teymurov (16. Ruslan Tağızadə, 46).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 8. Nizami Hacıyev, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.
Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Mario Alvares (15. Alberto Noquera, 43), 16. Xavyer Junior, 21. Elvin Məmmədov (19. Marius Pena, 58), 22. Namiq Ələsgərov, 23. Lukas Mario Horvat (10. Aleksandar Soliç, 74), 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Vadim Abdullayev, 20. Tural Qürbətov, 27. Elton Hüseynov.
Baş məşqçi: Milinko Pantiç.
 
XƏZƏR LƏNKƏRAN – SUMQAYIT – 4:1
Qollar: Sadio Tounkara, 13; 45, Etame Mbilla, 23, Elias Ribeyro, 56 – Məhəmməd Qurbanov, 3.
Sarı vərəqələr: Tyeqo de Xesus, 83 (qeyri-idman hərəkəti); Zohair Benuahi, 90+1 (qeyri-idman hərəkəti) – Pərdis Fərcad-Azad, 48 (qeyri-idman hərəkəti); Məhəmməd Qurbanov, 83 (qeyri-idman hərəkəti); Andrey Popoviç, 83 (qeyri-idman hərəkəti); Nodar Məmmədov, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Cavanşir Yusifov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 2 dəq.
7 may 2014. Saat 18:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 1000 tamaşaçı.
 
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 8. Deyan Blajevski (23. Nikola Qliqorov, 71), 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (55. Ağabala Ramazanov, 70), 20. Etame Mbilla, 30. Elias Ribeyro (11. Zohair Benuahi, 87).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 6. Rasim Ramaldanov, 12. Junior Nildo.
Məşqçi: Oğuz Çətin.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (77. Ramil Mansurov, 68), 7. Pərdis Fərcad-Azad (8. Aqşin Muxtaroğlu, 67), 9. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov (2. Şəhriyar Xəlilov, 46), 88. Mirzağa Hüseynpur, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
 
AZAL – NEFTÇİ – 0:0
Sarı vərəqələr: Aleksandr Şemonayev, 14 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 34 (qeyri-idman hərəkəti); Kərim Diniyev, 37 (qeyri-idman hərəkəti); 58 (qeyri-idman hərəkəti) – Flavinyo, 34 (qeyri-idman hərəkəti); Mirhüseyn Seyidov, 43 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Kərim Diniyev, 58; Murad Ağayev, 86 (ciddi qayda pozuntusu).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
7 may 2014. Saat 18:00. “AZAL Arena”. 650 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev (8. Qərib İbrahimov, 90+2), 10. Con Oluremi (4. Xose Junior Aylton, 77), 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 89. Nedo Turkoviç (5. Murad Ağayev, 66).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 19. Orxan Səfiyaroğlu, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva (8. Elşən Abdullayev, 72), 5. İqor Mitreski, 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 55), 21. Samir Məsimov, 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
RƏVAN – SİMURQ – 1:0
Qol: Xuan Manuel Varea, 26-pen.
Sarı vərəqələr: Kamal Bayramov, 75 (oyunun bərpasını gecikdirdiyi üçün); Tyaqo Mirasema, 78 (simulyasiya) – Tural Axundov, 14 (bilərəkdən əl ilə oyun); Dilaver Zrnanoviç, 25 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 63 (qeyri-idman hərəkəti); 73 (qeyri-idman hərəkəti); Murad Səttarlı, 90 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: İlkin Qırtımov, 73.
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 5 dəq.
7 may 2014. Saat 18:00. “Bayıl Arena”. 500 tamaşaçı.
 
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 10. Tyaqo Mirasema (11. Kamil Nurəhmədov, 89), 14. Xuan Manuel Varea (6. Ceyhun Cavadov, 84), 16. Orxan Lalayev, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (19. Hüseyn Axundov, 86), 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 7. Elvin Həsənəliyev, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç.
Baş məşqçi: Güvenc Kurtar.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra (30. Raul Kostin, 35), 7. Ruslan Poladov (k) (21. Murad Səttarlı, 86), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (22. Salif Ballo, 87), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 3. Usim Nduka, 6. Taqim Novruzov, 77. Nicat Qurbanov.
Baş məşqçi: George Çixradze.
 
QARABAĞ – İNTER – 4:1
Qollar: Reynaldo Silva, 12; 69; 85, Muarem Muarem, 87 – Baçana Sxadadze, 74.
Sarı vərəqələr: Riçard Almeyda, 65 (qeyri-idman hərəkəti) – Derlis Meza Kolli, 28 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 70 (hakimin qərarına etiraz); Abbas Hüseynov, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 2 dəq.
7 may 2014. Saat 19:00. Tofiq Bəhramov adına Respublika stadionu. 4000 tamaşaçı.
 
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 88), 55. Bədavi Hüseynov, 70. Çumbinyo (7. Namiq Yusifov, 80), 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 46).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (6. Samir Zərgərov, 82), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye (9. Aleksandr İaşvili, 68), 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (30. Abbas Hüseynov, 59), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 27. Dieqo Madriqal, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
 

1 Qarabağ 34 21 9 4 65 18 +47 72
2 İnter 34 19 6 9 57 36 +21 63
3 Qəbələ 34 17 6 11 45 35 +10 57
4 Neftçi 34 16 8 10 46 41 +5 56
5 Bakı 34 14 9 11 49 41 +8 51
6 XL 34 11 12 11 40 46 –6 45
7 Simurq 34 11 11 12 33 26 +7 44
8 AZAL 34 6 13 15 28 45 –17 31
9 Rəvan 34 4 10 20 19 61 –42 22
10 Sumqayıt 34 4 10 20 25 58 –33 22
Bombardirlər:
22 – Reynaldo (Qarabağ)
14 – Vaqif Cavadov (İnter)
12 – Daniel Subotiç (Qəbələ)
11 – Etame Mbilla (Xəzər Lənkəran)
10 – Draqan Çeran (Simurq), Baçana Sxadadze (İnter)
9 – Leroy Corc (Qarabağ)
8 – Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp