"Qarabağ"ın kapitanı Rəşa Sadıqov Topaz Premyer Liqasının 34-cü turunun "İnter"lə çempionluğu həll edən oyunundan sonra qələm əhli ilə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun kapitan müdafiəçisi bunları dilə gətirib:
 
"Artıq bizi təbrik etmək olar. Biz də bizi təbrik edənlərə minnətdarlığımız bildiririk. Çox çətin keçdi. 13 xal fərqilə öndə idik, lakin heç kim fikirləşmirdi ki, sonluq belə gözəl alınacaq. "İnter"lə çox gərgin oyun getdi. İlk hissədə həyacan hiss olunurdu, amma 2-ci hissədə komanda özünə gəldi və daha gözəl oyun oynadıq. Oyundan sonra Qurban Qurbanov ağladı. Mən də sevinirəm, sadəcə, içimdə".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp