29 may – 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında sayca 3-cü Qəbələ Kuboku keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu turniri Türkiyənin məhşur "TRT Spor" kanalı yayımlayacaq.
 
Bunu "Qəbələ"nin marketinq üzrə meneceri Səməd Nəsibov saytımıza verdiyi müsahibədə bildirib: "Qəbələ Kuboku"nun yayımlanması üçün "TRT Spor" kanalına müraciət etdik. Açılış mərasimi, açılış matçı, final oyunu və mükafatlandırma mərasimi sözügedən kanalda canlı yayımlanacaq. Bu gün sənədlər imzalanacaq, məsələ artıq rəsmi qaydada öz həllini tapacaq".
 
Qeyd edək ki, ötən mövsüm turniri qardaş ölkənin "NTV spor" kanalı yayımlamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp