Topaz Premyer Liqasının son turunda keçirilməli olan “Xəzər Lənkəran” – “Qarabağ” oyunu Lənkəranda yox, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Futbolinfo.az xəbər verir ki, artıq “Qarabağ” və “Xəzər Lənkəran” klubları arasında danışıq olub və razılığa gəlinib.
 
Məsələni cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib. O, bildirib ki, “Qarabağ”ın kuboku öz azarkeşləri qarşısında almasına razıdılar.
 
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də fikrilərini açıqlayıb. Futbol11.az saytına açıqlamasında o, bunları söyləyib: "Biz gözləyirdik ki, razı olsunlar. Çox sevindim. Təşəkkür edirəm. Bu, "Qarabağ"a yox, "Xəzər Lənkəran"ın PFL-ə qoyduğu hörmətdi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp