Ramin Dekonun təqdimatında olan “FUTPOLitika” layihəsini növbəti qonağı deputat Adil Əliyevdi. Futbolinfo.az millət vəkiliylə müsahibədən kiçik bir hissəni Sizə təqdim edir.
Müsahibənin tam mətnini mayın 12-də www.futbolinfo.az-dan oxuya bilərsiz.
 
– Messi ilə üz-üzə gəlsəniz ona deyərsiniz?
– Birinci onun dilində bilmək lazımdır. Tərcüməçi olarsa, dünyanın ən yaxşı futbolçusu kimi onunla fəxr etdiyimi, dünya futboluna böyük tövhələr verdiyini deyərdim.
 
– 2005-ci il seçkilərində rəqibləriniz çox güclü idi. Qələbə qazanmaq sizə çox çətin olmadı?
– Yox. Çünki elə bir heyətdə yer almışdım ki, o komandanın üzvlərinin köməkliyi ilə, kollektiv oyun nümayiş etdirərək seçkidən qələbə ilə ayrıldıq.
 
– FİFA-nın və UEFA-nın tövsiyələrini, qərarlarını komandanız necə qarşılayır?
– FİFA və UEFA-nı mən ATƏT-in Minsk qrupu kimi qəbul edirəm. Onların fəaliyyəti sıfıra bərabərdi. 20 ildir gəlib-gedirlər, boşboğazlıqdan başqa əllərindən bir iş gəlmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp