Böyük ehtimalla yeni mövsümdən "Barselona"nın baş məşqçisi olacaq "Selta"nın çalışdırıcısı Luis Enrikenin Kataloniya klubunda radikal qərarlar verəcəyi bildirilir. Futbolinfo.az xəbər verir ki, ispaniyalı məşqçi yeni dəyişiklik etməyə hazırlaşır.
 
Sözügedən xəbər ispan mediasında "Barselona"da inqilab" başlığı ilə verilib. Enrikenin özü ilə 4 köməkçi gətirəcəyi qeyd olunur.
 
Xordi Alba, Xerard Pike, Serxio Buskets, Andres İnyesta, Xavi Hernandes, Lionel Messi və Neymar kimi futbolçulara toxunmayaraq komandanın bel sütununu qorumağı planlaşdıran Luis Enrikenin Aleksis Sançes, Maskerano, Adriano və Sesq Fabreqası isə satacağı iddia edilir.
 
Müdafiənin mərkəzini gücləndirmək istəyən gənc mütəxəssisin ilk planı "Çelsi"li David Luizi transfer etməkdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp