“Forbes” jurnalı dünyanın ən varlı klublarının yeni reytinqini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ilk pillədə 3,44 milyard dollarla Madrid "Real"ı qərarlaşıb.
 
İkinci yeri 3,22 milyard dollarla “Barselona”, üçüncü yeri isə 2,81 milyard dollarla “Mançester Yunayted” tutur.
 
İlk "10-luq" belədi:
 
1. “Real” (Madrid, İspaniya) – 3,44 milyard dollar
2. “Barselona” (İspaniya) – 3,22
3. “Mançester Yunayted” (İngiltərə) – 2,81
4. “Bavariya” (Almaniya) – 1,85
5. “Arsenal” (İngiltərə) – 1,33
6. “Çelsi” (İngiltərə) – 868
7. “Mançester Siti” (İngiltərə) – 863
8. “Milan” (İtaliya) – 856
9. “Yuventus” (İtaliya) – 850
10. "Liverpul" (İngiltərə) – 691
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp