Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari dünya çempionatında iştirak edəcək futbolçuların siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, mundiala ev sahibliyi edəcək yığma əsasən ötən il Konfederasiyalar Kubokuna yollanan heyəti qoruyub.
 
"Atletiko Mineyro"nun futbolçusu Ronaldinyo və "Milan"ın üzvü Kakanın son iştirak ərizəsində yer almaması isə birmənalı qarşılanmayıb. Heyəti təqdim edirik:
 
Qapıçılar: Julio Sezar (Toronto), Cefferson (Botafoqo), Viktor Leandro (Atletiko Mineyro);
 
Müdafiəçilər: Dante (Bavariya), David Luis (Çelsi), Tyaqo Silva (PSJ), Enrike (Napoli), Dani Alveş (Barselona), Maykon (Roma), Marselo (Real), Maksvell (PSJ);
 
Yarımmüdafiəçilər: Fernandinyo (Mançester Siti), Hernanes (İnter), Luis Qustavo (Volfsburq), Oskar, Ramires, Villian (hər üçü "Çelsi"), Paulinyo (Tottenhem);
 
Hücumçular: Bernard (Şaxtyor) Fred (Fluminense), Halk (Zenit), Jo (Atletiko Mineyro), Neymar (Barselona).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp