AFFA-nın Lisenziyalaşdırma Komissiyasının "Bakı"ya avrokuboklarda iştirak etmək üçün lisenziya verməməsi haqda məlumat vermişdik. Məsələ ilə bağlı Futbolinfo.az saytına maraqlı məlumat daxil olub.
 
Belə ki, "Bakı"nın UEFA yarışlarına buraxılmamasına klubun bir neçə il öncə yaşadığı qalmaqal səbəb olub. 2009/2010 mövsümündən sonra paytaxt klubu ilə vidalaşan Aleksandr Tomovski keçmiş komandasından FİFA-ya şikayət edib. Buna səbəb isə bolqar müdafiəçinin "Bakı"dan pulunu ala bilməməsi olub. Şikayətə baxan ali futbol qurumu futbolçunu haqlı sayaraq "Bakı"ya UEFA-nın bayrağı altında keçirilən yarışlara buraxılmamaq qərarını verib.
 
FİFA-dan xəbərdarlıq məktubu alan AFFA isə öz növbəsində "ağ-göylər"in avrokuboklarda iştirakı üçün onlara lisenziya verilməsini doğru hesab etməyib. Kağız üzərində şansı olan "Bakı" beynəlxalq arenaya vəsiqə qazansa da, bu mövsüm onu başqa bir klub əvəzləyəcəkdi.
 
Qeyd edək ki, digər bir legioner Ruslan Leviqaya da borcu olan “Bakı”ya daha öncə transfer qadağası qoyulmuşdu. İndi isə bəlli olur ki, əsas problem Tomovski ilə bağlı imiş.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp