"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq yetirməsi Sami Hediranı Londona aparmaq istəyir. Futbolinfo.az xəbər verir ki, Madrid "Real"ının təcrübəli futbolçusu üçün "Çelsi" 40 milyon avro təklif etməyi düşünür.
 
Bu mövsüm yaşadığı zədələr səbəbi ilə Madrid klubunda çox da forma geyə bilməyən Almaniya millisinin ulduzu DÇ-2014-də iştirak edə biləcək.
 
Xabi Alonso və Luka Modriçin yarımmüdafiədəki uyğunluğu və Xediranın zədəsi səbəbi ilə forma geyə bilməməsi 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı planlar hazırlamasına səbəb olub. "Real"da işlədiyi vaxtlarda Xedira ilə yaxşı münasibətinin olduğu bilinən "Çelsi" baş məşqçisi Joze Mourinyonun bu transferi istədiyi və ulduz futbolçunu razı salmağa çalışdığı bildirilir.
 
Hediranın "Real"la müqaviləsinin müddəti 2015-ci ildə bitir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp