AFFA-nın Lisenziyalaşdırma Komissiyası "Simurq"a bu mövsüm UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməsi üçün lisenziya verməyib. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev futbolinfo.az saytına açıqlamasında bunun səbəbini belə izah edib:
 
"Biz AFFA-ya UEFA üçün müraciət etmişdik. Lakin bəzi sənədlərdə problem yarandı. Sonradan komanda iddiasını itirdiyindən, sənədləri də çatdırmadıq. Hələ vaxtımız var. Rəhbərliklə bir araya gəlib bununla bağlı müzakirələr aparacaq. Növbəti mövsümə lisenziya almaq üçün yenidən AFFA-ya müraciət edəcəyik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp