AFFA-nın Lisenziyalaşdırma Komissiyasının bugünkü qərarından narazı olan klublar apellyasiya şikayəti verə bilər. Bu barədə futbolinfo.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib:
 
"UEFA-nın lisenziya qaydalarında əsas şərt olaraq göstərilirib ki, bu məsələdə federasiya tərəfindən məxfilik gözlənilməlidi. Bununla bağlı rəsmi qərar elan ediləcək. Hansı klub qərardan narazıdısa, buna etiraz edə bilərlər. Yəni klublar 10 gün ərzində apellyasiya şikayəti verə bilər. Bundan başqa AFFA yox, amma klublar məsələ ilə bağlı açıqlama verə bilərlər".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp