İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Manuel Pelleqrini dünən Premyer Liqada "Aston Villa" ilə baş tutan oyundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, əvvəlki turlardan təxirə salınmış oyunda rəqibi 4:0 məğlub edən “şəhərlilər”in çalışdırıcısı artıq komandasından çempionluq gözlədiyini bildirib:
 
"Dünən möhtəşəm qələbə qazanmaqla liderliyə yüksəldik. Artıq komandamdan çempionluq gözləyirəm. Qarşıda cəmi bir oyunumuz var və qələbə qazanacağımız təqdirdə kuboka sahib çıxacağıq. Buna istəyimizə nail olacağımıza inanıram".
 
Premyer Liqanın son turunda "Mançester Siti" klubu öz meydanında "Vest Hem"lə qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp