AFFA-nın Lisenziyalaşdırma Komissiyasının lisenziya vermədiyi klublardan biri də "Rəvan"dı. Futbolinfo.az xəbər verir ki, UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməkdən məhrum olan paytaxt klubunun rəhbərliyi məsələ ilə bağlı saytımıza danışıb.
"Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev bunları dilə gətirib: "Bəzi sənədlər toplamalı idik. Biz avrokuboklara düşmədiyimizdən həmin sənədləri toplamağı lazım bilmədik. Amma növbəti mövsüm üçün lisenziyanı alacağıq. Sadəcə, nəticə olmadığı üçün buna gərək duymadıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp