Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 35-ci turun oyun cədvəli açıqlanıb. Futbolinfo.az xəbər verir ki, növbəti turun oyunları eyni gündə keçiriləcək.
 
35-ci turun proqramı ilə sizi də tanış edirik:
 
Əvəzedicilərin çempionatı
35-ci tur
11 may (bazar)
 
“Neftçi” – “Ravan”
Bakı. “Bayıl Arena”, 14:00
 
“Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu, 16:00
 
“İnter” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu, 16:00
 
“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 16:00
 
“Bakı” – AZAL
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, süni örtüklü meydança, 17:00
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp