İstefası gündəmdə olan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli bu gün Azərbaycana gəlir. Futbolinfo.az xəbər verir ki, türkiyəli çalışdırıcı saat 19:30-da Bakıya çatacaq.
 
Əldə etdiyimiz məlumata görə, müalicə məqsədi ilə ölkəsinə yollanan türkiyəli mütəxəssis bu müddət ərzində klubun fəxri prezidenti Mübariz Mənsimovla da görüşüb. Dənizlinin yaxın günlərdə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. O, çox güman ki, mətbuat konfransında istefa verdiyini açıqlayacaq. Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Dənizli onlara belə bir tapşırıq verməyib.
 
Qeyd edək ki, Dənizlinin gedişindən sonra kluba ruminiyalı Mirça Rednikin başçılıq edəcəyi barədə xəbərlər var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp