Mayın 27-də San Fransisko şəhərində keçiriləcək ABŞ – Azərbaycan yoldaşlıq oyunu ilə əlaqədar viza alınması üçün bu gün Azərbaycan milli komandasının üzvləri və AFFA-nın əməkdaşları ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Futbolinfo.az xəbər verir ki, səfir Riçard Morninqstar milli komanda ilə görüşərək rahat uçuş və uğurlu səfər arzulayıb.
 
AFFA-nın baş katibi Elxan Məmmədov Morninqstara üzərində milli komandanın üzvlərinin imzası olan forma, top və AFFA-nın digər atributlarını hədiyyə edib. Öz növbəsində, səfir AFFA-ya kitab bağışlayıb.
 
Sonda xatirə şəkli çəkdirilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp