İspaniya La Liqasının əvvəlki turundan təxirə salınmış oyunu çərçivəsində səfərdə "Valyadolid"lə qarşılaşan "Real" (Madrid) klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kriştiano Ronaldo zədələnərək sıradan çıxıb.
 
Matçın 9-cu dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib və yerini yerini Alvaro Morataya buraxıb. Hələlik Ronaldonun hansı müddətə sıradan çıxdığı məlum deyil.
 
Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp