AFFA-nın və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini-turnir keçiriləcək. Futbolinfo.az xəbər verir ki, turnirdə AFFA-nın əməkdaşlarından, futbol veteranlarından, Milli Məclisin deputatlarından və incəsənət xadimlərindən ibarət dörd komanda iştirak edəcək.
 
Saat 15.00-da başlayacaq oyunlar Olimpiya Yığma Komandalarının Təlim-Məşq Bazasında keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp