"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqada "Valyadolid"lə matçdan (1:1) sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis həm oyun, həm də matçda zədələnən Kriştianu Ronaldo haqda danışıb:
 
"Qarşıdakı günlərdə Ronaldonun zədəsinin son durumuna aydınlıq gələcək. Onun zədəsinin ciddi olduğunu deyə bilmərəm. Sadəcə Ronaldo özünü narahat hiss etdiyi üçün onu əvəzlədim. Pepe və Di Mariyanın da zədəsi ciddi deyil. Matçın 70 dəqiqəsi ərzində meydanda diqtə etdik. Lakin son 20 dəqiqədə rəqibə uduzduq. Oyunun əvvəlində daha çox müdafiəyə diqqət yetirirdik. Sonlara yaxın buraxdığımız adi səhv qapımıza qolla nəticələndi. Həmin qolda Kasilyası günahlandırmaq düzgün olmazdı. Çempionlar Liqasının finalına hazırlaşmaq üçün vaxtımız var. Futbolçular yorğundular və onlar yenidən bərpa olunmalıdırlar. La Liqada nəzəri cəhətdən çempionluq şansımız qalır. Qarşıdakı iki oyunu qələbə ilə başa vurmağa çalışacağıq".
 
Qeyd edək ki, bu heç-heçə "Real"ı lider “Atletiko”dan 4 xal geri atıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp