İngiltərə "Arsenal"ının çalışdırıcısı Arsen Venger karyerasını Almaniyada davam etdirə biləcəyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis hazırkı klubuyla sözləşməni yeniləmək üçün danışıqların davam etdiyini də deyib:
 
"Arsenal"dan başqa Premyer Liqa klubunu çalışdırmaq üçün ayrılmaram. Əgər "Arsenal"dan ayrılsam, başqa bir ölkədə işləyərəm. Almaniyada karyeramı davam etdirə bilərəm. Orada indiyə kimi işləməmişəm".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp