"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqada çempionluq şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, sona iki tur qalmış rəqiblərin yox, öz oyunlarını düşündüklərini bildirib:
 
“Digər komandaların nələr etdikləri bizi maraqlandırmır. Qələbə qazanmağımızın vacib olduğunu bilirik. Qalib gələcəyimiz təqdirdə, heç bir komanda bizi qabaqlaya bilməz. "Real" və "Barselona"nın hegemonluğuna son qoymaq asan deyil.  Biz çox çalışaraq bu iki böyük klubla bərabər mübarizə apara biləcəyimizi hər kəsə sübut edirik. Çempionluq yarışında iki oyun qalıb. Əminəm ki, birincinin kim olacağından asılı olmayaraq, İspaniyada azarkeşlər ən çox bizi dəstəkləyir".
 
Qeyd edək ki, "Atletiko" La Liqada turnir cədvəlində liderdir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp