"Qarabağ" 21 ildən sonra Azərbaycan çempionu olaraq öz azarkeşlərini sevindirdi. Futbolinfo.az xəbər verir ki, ağdamlılar sona iki tur qalmış çempionluğu rəsmiləşdirə bildilər.
 
Marqaqlıdı ki, "Qarabağ"ın başqanı Tahir Gözəl "İnter"lə çempionluq matçını izləyə bilməyib. Buna isə çox yaxın qohumunun avtomobil qəzasına düşməsi səbəb olub. Ancaq Tahir bəy matç ərzində əlaqə saxlayaraq, son durumla tez-tez maraqlanırmış. Klubun vitse-prezidenti komandası çempion olduqdan sonra baş məşqçi Qurban Qurbanova zəng edərək, ona xoş sözlərini çatdırmaqla yanaşı, həm də avrokuboklarda layiqli çıxış etməyin vacibliyini vurğulayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp