Son vaxtlar adı "Mançester Yunayted"lə hallanan Hollandiya millisinin baş məşqçisi Lui van Qaal məsələyə nəhayət ki, özü də münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, başqa təkliflərin də olduğunu deyən təcrübəli çalışdırıcı zamanla hər şeyin bəlli olacağını bildirib:
 
"MY-də işləmək istəyərəm. Bir məşqçi üçün əla iş yeridi. Ümid edirəm bu gerçəkləşər, ancaq gözləmək lazımdı. Maraqlanan başqa klublar da var. Hər kəsin səbr edib verəcəyim qərarı gözləməsi lazımdı".
 
Mançester təmsilçisii müvəqqəti olaraq veteran futbolçu Rayan Giqqz çalışdırır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp