İspaniyanın “Real” (Madrid) klubunun məşqçisi Zinəddin Zidan son vaxtlar haqqında yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, yeni mövsümdə “Bordo” və ya “Monako”ya baş məşçilik etməyəcəyini bəyan edib:
 
“Mənim ətrafımda həmişə olduğu kimi şayiələr baş alıb gedir. Amma mən bu şayiələrə reaksiya vermirdim. İndi isə cavab verməyə məcburam. Mənim heç bir klubla əlaqəm olmayıb. Mənim ancaq “Real”la təmasım var və hazırda diqqətimi də bu komandaya yönəltmişəm”.
 
Zidan məşqçilik təcrübəsinə cari mövsümün əvvəlində başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp