"Monako" “Milan”ın forvardına “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət italyan hücumçu Mario Balotellidən gedir.
 
Radamel Falkaonun zədələnməsi və ümidləri doğrultmaması knyazlıq klubunu yeni hücumçu almağa vadar edib. Baş məşqçi Klarens Zeedorfla münasibətləri korlanan qana əsilli futbolçunun da "Milan"ı tərk etmək istədiyi bildirilir. 23 yaşlı futbolçu ilə danışıqlar müsbət nəticələnərsə, Balotelli yeni mövsümdən "Monako"nun şərəfini qoruyacaq.
 
Balotelli ötən il "Mançester Siti"dən "Milan"a transfer olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp