Çempionlar Liqasının yarımfinalında "Atletiko" (Madrid) ilə ilk oyunda zədələnən "Çelsi"nin qapıçısı Peter Çexin son durumu barədə rəsmi açıqlama verilib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytında yer alan xəbər azarkeşləri üzəcək.
 
Belə ki, həmin görüşdə çiyni çıxan çexiyalı qolkiper əməliyyat olunub və onun ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
Xoşbəxtlikdən Çexin yoxluğu mövsümlərarası fasiləyə təsadüf edəcək. Üstəlik Peterin çıxış etdiyi Çexiya millisi də DÇ-2014-də çıxış etməyəcəyindən onun zədəsi ciddi narahatlığa səbəb olmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp