İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqbaya növbəti təklif İngiltərədən gəlib. Futbolinfo.az xəbər verir ki, əvvəlcə "Çelsi" fransız futbolçunun xidmətində maraqlı olduğunu bildirib.
 
Baş məşqçisi Joze Mourinyo 21 yaşlı oyunçunu xüsusuilə istədiyi məlum olub. Bundan başqa "Mançester Yunayted" rəhbərliyi də sabiq futbolçusunu yenidən komandaya qaytarmağı planlaşdırır.
 
Qeyd edək ki, "Barselona", "Real" (Madrid) və PSJ klublarının da transfer hədəfində olan Poqba bu mövsüm İtaliyada ən yaxşı gənc oyunçu seçilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp