Topaz Premyer Liqasının son turu çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçının 59-cu dəqiqəsində qonaq komandanın heyətində meydana gənc müdafiəçi Abbas Hüseynov çıxmışdı. Futbolinfo.az xəbər verir ki, bu, 18 yaşlı futbolçunun əsas komandanın heyətində debüt oyunu idi.
 
Hüseynov cari çempionatda meydana çıxmış sayca 31-ci "İnter"li futbolçu oldu. Bundan əlavə, müdafiəçi cari mövsümdə komandanın ən gənc oyunçusu kimi də yadda qalacaq.
 
Qeyd edək ki, cari mövsümdə “İnter”in heyətində ən çox oyun keçirən futbolçular Vaqif Cavadov və Aleksandr İaşvilidi – 32 oyun. Meydanda ən çox top qovan futbolçu isə konqolu Brüs Abdulayedi – 2678 dəqiqə.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp