AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Qarabağ” – “İnter” matçının 75 və 80-ci dəqiqələrində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
 
“Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
AZAL – “Neftçi” matçının 58-ci dəqiqəsində AZAL-ın futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində AZAL-ın futbolçusu Murad Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
 
“Rəvan” – “Simurq” matçının 73-cü dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp