İtaliya millisinin hücumçusu Mario Balotelli komandasının DÇ-2014-dəki şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, qrupdakı rəqibləri İngiltərəyə meydan oxuyub:
 
“İngiltərə dünya çempionatını qazana biləcək komandaların sırasında deyil. Onların yaxşı futbolçuları var. Lakin İngiltərə İtaliya üçün rəqib deyil. Mən demirəm ki, İtaliya turnirin favoritidi. Lakin bizim komandada qələbə ruhu və təcrübəli futbolçular var. İtaliya millisi hər kəsi təəccübləndirə bilər. Amma İngiltərə millisində vəziyyət belə deyil. İtaliya millisinin heyətində dünya çempionu olmuş futbolçular var. İngiltərə yığmasının üzvləri isə 1/4 finaldan daha irəli gedə bilməyiblər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp