Fransa çempionu PSJ Edinson Kavani üçün "Mançester Yunayted"dən gələn təklifi rədd edib. Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi bunu uruqvaylının öz istəyi ilə edib.
 
Çünki forvard gələn mövsüm Çempionlar Liqasında oynamaq istədiyini söyləyib.
Mançester təmsilçisinin Avropa Liqasına belə vəsiqə qazanmadığını nəzərə alsaq, Kavaninin MY-yə keçidi baş tutmayacaq. Eyni zamanda 27 yaşlı futbolçu bu məsələdə maliyyə şərtlərinin heç bir rol oynamadığını bildirib. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp