Həvəskarlar komandalar arasında 16-cı ölkə çempionatına yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, Bakının "Binə" və Sabirabadın “Çağırğan” komandaları arasındakı baş tutan final matçında xoşagəlməz hadisələr yaşanmışdı.
 
"Şəfa" stadionunda keçirilən oyunda baş hakim Fariz Yusifov əsas vaxtda “Binə”nin futbolçusuna qırmızı vərəqə göstərib. Azlıqda qalan paytaxt təmsilçisi əlavə hissələrdə iki qol buraxmaqla yanaşı, daha bir qırmızı vərəqə ilə yadda qalıb. Belə ki, "Binə"nin futbolçusu rəqibə kəllə vurduğu üçün ədalət təmsilçisi Yusifov onu meydandan uzaqlaşdırıb. Elə hadisələr də bundan sonra başlayıb. Binəli azarkeşlər "Çağırğan" futbolçularının üzərinə hücum çəkib. Bunu görən qonaq fanatlar da meydana axışıb. Nəticədə stadion savaş meydanına dönüb. Həmin hadisədən olan özəl fotoları təqdim edirik:
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp