Yuri Syominin gedişindən sonra məşqçi axtarışlarını hələ də başa vurmayan "Qəbələ" haqda maraqlı iddia var. Belə ki, Rumıniya mətbuatı həmyerlilərinin Azərbaycana gələcəyini yazır.

Rumıniyalı həmkarlarımız artıq danışıqların demək olar ki, yekunlaşdığını və "Qəbələ"nin Dorinel Muntyanu ilə 80 faiz razılığa gəldiyini bildirib. Daha bir maraqlı iddia isə Muntyanunun "Qəbələ"də qazanacağı məbləğlə bağlıdı. Rumın mətbuatı mütəxəssisin Azərbaycanda qaldığı hər il üçün 500 min avro qazanacağını yazıb.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis məşqçilik dönəmində yalnız daxili çempionatda fəaliyyət göstərmişdi. Lakin Muntyanu Rusiya Premyer Liqasında da qüvvəsini yoxlayıb. O, əvvəlcə "Mordoviya" (2012/13), daha sonra isə "Kuban"ı çalışdırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp