Madrid "Real"ının adı yenidən "Yuventus"un yarımmüdafiəçisi Arturo Vidalla hallanmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi çilili oyunçunun heyətinə qatmaqda israr edir. "Corriere dello Sport"un verdiyi xəbərə görə, “Real” Vidal üçün 50 milyon avro ödəməyə hazırdı.

Tərəflər arasında gələn həftə görüş keçirilməsi planlaşdırılır. Daha öncə "Yuventus"un baş direktoru Beppe Marotta da "Real"ın çilili futbolçuya olan marağını təsdiq etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp