Son mövsümün gümüş müküfatçısı "İnter" sabahdan Avropa Liqasının və ölkə çempionatının yeni mövsümünün hazırlığına start verir. Futbolinfo.az xəbər verir ki, "bankirlər" Türkiyədə bir araya gələcək.

Daha öncədən xəbər verdiyimiz kimi paxytaxt klubu İzmit şəhərinin Kartəpə bölgəsində təlim-məşq toplanışı keçəcək. Burada hazırlığın müddəti 10 gün nəzərdə tutulub. 2 günlük fasiləsən sonra isə ayın 13-də komanda Avstriyaya yollanacaq. 

Avstriyada baş tutacaq təlim-məşq toplanışının müddəti isə avroliqada püşkatmanın nəticəsindən asılı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp