Gələn ay Braziliyada təşkil olunacaq dünya çempionatı öncəsi beynəlxalq yoldaşlıq görüşləri davam edir. Futbolinfo.az xəbər verir ki, dünən son dünya çempionu İspaniya millisi Boliviya ilə üz-üzə gəlib. Qarşılaşma Fernando Torres və Andres İnyestanın qollarısayəsində matadorların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə İngiltərə Perunu sınağa çəkib. Daniel Starric, Qari Keyhil və Jaqelkanın qolları ingilislərə böyükhesablı (3:0) qələbə qazandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp