“Mançester Siti”nin oyunçusu Joleon Leskott “Beşiktaş”dan sonra "Qalatasaray"ın da transfer təklifini rədd edib. Futbolinfo.az xəbər verir ki, ingilis müdafiəçi Türkiyədə yaşaya bilməyəcəyini əsas gətirərək "sarı-qırmızılar"ın təklifini geri çevirib.

Onun İngiltərədə qalmaq adına "Cim-Bom"dan daha az pul təklif edən "Aston Villa" ilə razılaşdığı bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp