"Liverpul" yay transfer dönəmində heyətini 5 futbolçu ilə gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatında bu haqda xəbərlər yayılıb. 

Bunlar ümumi transfer dəyəri 80 milyon funt olan Cerdan Şakiri, Əmrə Can, Deyan Lovren, Adam Lallana və Alberto Morenodu. Məlumatda bildirilir ki, Mersisayd klubu sözügedən oyunçuların keçidi üçün qarşı tərəfə rəsmi təklif göndərib. 
Şakiri artıq "Bavariya"nı tərk etməyə hazır olduğunu deyib. "Bayer" Canı satmağa razıdı. Lovren və Lallana (hər ikisi "Sauthemton") isə bir neçə klubun maraq dairəsindədi. "Sevilya"nın sərfəli təklif olacağı təqdirdə Morenonu buraxacağı istisna edilmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp