İtaliyanın "Roma” klubu baş məşqçi Rudi Qarsiya ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Paytaxt təmsilçisi 51 yaşlı mütəxəssisin növbəti mövsümün sonu başa çatacaq müqaviləsini daha 3 il uzadıb.

Qeyd edək ki, fransalı mütəxəssis ötən il "Roma”ya baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ötən mövsümü A Seriyasında 2-ci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp