Türkiyənin "Beşiktaş” klubunun baş məşqçisi Slaven Biliç komandadan göndəriləcək futbolçuları müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, klubun idman direktoru ilə də məsləhətləşən xorvatiyalı mütəxəssis 6 futbolçu ilə yolları ayıracaq. 46 yaşlı məşqçinin göndəriləcəklər siyahısında Gökhan Süzən, Sərdar Kurtuluş, İbrahim Toraman, Uğur Boral, Mustafa Pektemek və Sezer Öztürk yer alıb. 

Qeyd edək ki, Biliç ötən ilin yayında İstanbul təmsilçisinə baş məşqçi təyin olunub. Onun komandası 2013-2014 mövsümünü 3-cü yerdə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp