Güvənç Kurtarla yolları ayırdıqdan sonra baş məşqçi axtarışına çıxan "Rəvan" artıq istəyinə nail olub. Klubun mətbuat xidmətinin rəhbəri Şamo Quliyevin Futbolinfo.az-a verdiyi məlumata görə, "aslanlar"a bundan sonra komandanın 19 yaşlılardan ibarət məşqçisi Ramil Əliyev başçılıq edəcək.

Bundan başqa Bayıl klubunun məşqçilər korpusunun kimliyinə də aydınlıq gəlib. Belə ki, Əliyevə bu postda Anar Vəliyev və Müşfiq Qəmbərov kömək edəcək. Artıq xəbəri klubun vitse-prezidenti Bəhruz Şirəliyev də təsdiqləyib.

Qeyd edək ki, Ramil Əliyev bir müddət əvvəl bu komandanın baş məşqçi funksiyasını yerinə yetirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp