Robert Levandovski ilə yollarını ayıran “Borussiya (Dortmund), polyak hücumçunun alternativini nəhayət ki, tapıb, özü də İtaliyada. Futbolinfo.az xəbər verir ki, Dortmund klubu ötən mövsüm vurduğu 22 qolla A Seriyasında bombardier olan Çiro İmmobilenin transferində xoşbəxt sona çatıb. 

“Torino”nun İtaliya birinciliyini 7-ci sırada bitirməsində böyük rolu olan gənc ulduz üçün almanlar 17 milyon avro ödəməli olacaq. “La Gazzetta dello Sport” İtaliya millisi ilə düşərgədə olan futbolçunun 1 günlük icazə alıb “Borussiya” ilə 5 illik müqaviləyə imzalayacağı bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp