Bu gün Qəbələdə təşkil olunmuş 3-cü Qəbələ Kubokuna yekun vurulub. Futbolinfo.az xəbər verir ki, turnirin bütün həlledici görüşləri eyni gündə baş tutub.
 
İtaliyanın “Udineze və İngiltərənin “Liverpul” klubları beşinci, “Neftçi” ilə Rusiya “Lokomotiv”i isə yeddinci yer uğrunda yarışıblar. Azərbaycan təmsilçisi son oyununda da məğlub olaraq, turnirin ən zəifi adını qazanıb. 5-ci pilləni isə italyanlar tutublar.
 
Turnirin təşkilatçısı “Qəbələ” Avstriya “Rapid”i ilə üçüncü yer üçün üz-üzə gəlib. Darmadağınla üzləşən təmsilçimiz mükafatçılar sırasına düşə bilməyib. Türkiyə “Fənərbağça”sı isə finalda “Anderlext”lə (Belçika) qarşılaşıb. Minimal hesablı qələbə belçikalıları bu turnirin qalibi edib.
 
Qəbələ Kuboku
Final mərhələsi
1 iyun
 
7-ci yer uğrunda
Neftçi – Lokomotiv – 0:1
5-ci yer uğrunda
Liverpul – Udineze – 1:1 (penaltilər – 5:6)
 
3-cü yer uğrunda
Qəbələ – Rapid – 0:3
 
Final
Anderlext – Fənərbağça – 1:0
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp